Azərbaycanın FİFA referisi Əliyar Ağayevə Yunanıstandan növbəti dəvət gəlib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi bu dəfə II Super Liqasının həlledici oyununa təyinat alıb.
O, “Levadiakos” və “Veriya” komandaları arasındakı cavab matçını idarə edəcək. İlk oyunda “Levadiakos” 1:0 hesablı qələbə qazanıb. Qalib komanda Super Liqaya vəsiqə qazanacaq.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Qarşılaşma mayın 15-də keçiriləcək.