"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının 28-turunun oyununu buraxacaq.
Fanat.Az xəbər verir ki, Mahmudov bu gün, çempionatın 27-ci turunda - "Zirə"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə alıb.
30 yaşlı futbolçu cari mövsüm 4-cü dəfə "sarı" görərək cəzalı duruma düşüb.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü mayın 21-də "Azersun Arena"da keçiriləcək.
Nihat