Mövsümü autsayderlər arasında başa vuracaq "Şamaxı" köklü dəyişiklik astanasındadır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanı 10-a yaxın futbolçu tərk edəcək.
"Yarpaq tökümü" Kamal Bayramov, İlkin Qırtımov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tural Axundov, Amil Yunanov və digərlərini əhatə edəcək. Sonuncunun "Turan Tovuz"a keçəcəyi gözlənilir.
Mayın 31-də adıçəkilən futbolçuların "Şamaxı" ilə müqavilələrinin müddəti başa çatır. Digər tərəfdən, komandanın növbəti mövsüm Şamaxıda məskunlaşması gözlənilir ki, təcrübəli futbolçular hazırki məvaciblə paytaxtdan kənarda oynamaq istəmirlər.
Klub rəhbərliyi baş məşqçi məsələsində də qərarsızdır. Hər halda, mövsümün gedişində əvəzedici komandanın çalışdırıcısı Rüstəm Əliyevə güvənən klub prezidenti Zaur Axundov hazırda heç bir mütəxəssislə danışıq aparmır.
Mirağa