17:06 24.05.2022 654

"Qazaxıstan və Belarusdan üstünük" - Millimizin futbolçusu

Türkiyənin "Alanyaspor" klubunun Azərbaycanda futbol məktəbinin açılışı olub. 

Mərasimdə "Alanyaspor"un prezidenti Hasan Çavuşoğlu, AFFA-nın baş katibi Sərxan Hacıyev və "Neftçi"nin futbolçusu Azər Salahlı iştirak edib. 

Tədbirdən sonra Salahlı Fanat.Az-ın əməkdaşının suallarını cavablandırıb:

"Alanyapsor" kimi köklü klubun Azərbaycanda futbol məktəbi açması təqdirəlayiq haldır. Bu, Azərbaycanın uşaq futbolu üçün böyük bir irəliləyişdir". 

-  Karyeranızla bağlı yenilik olacaqmı? "Neftçi"də baş məşqçi dəyişikliyi gözlənilir. Sizi bu kluba Samir Abasov gətirib. "Neftçi"də baş məşqçi dəyişikliyi olsa, klubdakı taleyiniz üçün təhlükə ola bilərmi?
- "Neftçi"yə bu qış transfer olundum. 2,5 illik müqavilə imzaladım. Baş məşqçi dəyişikliyi isə klub rəhbərliyinin biləcəyi işdir. Samir Abasovla əvvəllər də işləmişəm. Onunla işləmək mənim üçün xoşdur. Dəyişiklik olacağı təqdirdə, yeni məşqçi necə futbol istəyəcəksə, onu oynamağa çalışacağam. 

- Başa çatan mövsümü özünüz üçün nə dərəcədə uğurlu hesab edirsiniz?
- "Neftçi" ilə gümüş medal qazandım. İkinci dövrə mənim üçün daha uğurlu alındı. Çünki ilk dövrədə müəyyən zədələr almışdım. İkinci dövrədə çempionluq uğrunda mübarizə aparsaq da, alınmadı və ikincliklə kifayətlənməli olduq. Növbəti mövsüm çempionluq uğrunda daha yaxşı mübarizə aparmağa çalışacağıq. 

- Bu mövsüm çempion "Qarabağ"la arada böyük fərq oldu. Axırıncı oyunda isə böyük hesabla uduzdunuz...
- Son matç formal xarakter daşıyırdı. Amma buna baxmayarq, "Neftçi" ilə "Qarabağ"ın oyunu derbidir.  

- Qarşıdan Millətlər Liqasının oyunları gəlir. 15 günə 4 matç keçiriləcək. Bu görüşlərdən sonra qrupun taleyinə böyük ölçüdə aydınlıq gələcək. Ağır mövsümdən sonra futbolçularda psixoloji və fiziki yorğunluq var. Oyunlara nə dərəcədə köklənə biləcəksiniz? 
- Doğru qeyd etdiniz. Axırıncı dəfə ardıcıl 4 matç oynamağımız yadıma gəlmir. Oyunların sayı ən çox 3 olub. Mövsüm sonununun yorğunluğu bir qədər çətinlik yaradacaq. Ancaq buna baxmayaraq hazırlaşıb yaxşı nəticə əldə etməliyik. Əsas hədəfimiz Slovakiya ilə oyun olacaq. Bu qrupda ancaq Slovakiya ilə oyun bir az çətin ola bilər. Əsas rəqibimiz onlardır. İndiki durumda Qazaxıstan və Belarusdan üstün olduğumuzu düşünürəm. Martda keçirilən oyunlarımız yoldaşlıq görüşləri idi. Həmin matçlardan nəticə çıxartmalı, Millətlər Liqasında inamlı oyun sərgiləməliyik.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

Facebookdan bizi izləməyi unutmayın.
X