15:45 31.05.2022 331

Dörd komandaya texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Həvəskar Liqasının ROFM – “Ərkivan” oyununda ROFM komandasının futbolçusu Araz Kərimli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Ərkivan”ın futbolçusu Röyal İbadov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Yasamal” İSK – “Qarabağ Füzuli” oyununda “Yasamal” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Baku Fire 2” oyununda “Metropoliten”in futzalçısı Teymur Nəsibov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Standard” – ADBTİA oyununda ADBTİA-nın futzalçısı Şöhrət Yusifov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Bibi Heybət” oyununda “Borçalı” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Advokat” – “İsma Baku” oyununda “Advokat”ın futzalçısı Azər Qorçibəyli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Qusar” – “Araz” (Naxçıvan) oyununda “Qusar”ın futbolçusu Firudin Ağalarov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Cəbrayıl” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran”ın rəsmisi İsmayıl Rəhimov meydana daxil olaraq hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Xan Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün komandaya xəbərdarlıq edilib.

U-15 Liqasının “Zaqatala” – “Turan” oyununda “Zaqatala”nın futbolçusu Ruslan Köngülov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının “Şamaxı” – UGİŞM-1 oyununda UGİŞM-1 komandası matçın ikinci hissəsində meydana çıxmaqdan imtina etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla komandaya texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Araz” (Naxçıvan) – “Neftçi” oyununda “Neftçi”nin futbolçusu Uğur Qədimalıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının “Zaqatala” – “Kəpəz” oyununda “Zaqatala”nın futbolçusu İmran Mirzəyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Zaqatala”nın digər futbolçusu Rüfət Qarəhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasının “Şamaxı” – “Leon” oyununda “Şamaxı”nın baş məşqçisi Elmir Hüseynov hakimə etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasının UGİM “Astara” – “Sumqayıt” oyununda “Astara”nın futbolçusu Məhəmməd Axundzadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. “Sumqayıt”ın futbolçusu Mirzə Məmmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasının “Şirvan” (Ağdaş) – UGİM “Mingəçevir” oyununda “Mingəçevir” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.

U-10 Liqasının “Mil-Muğan” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un baş məşqçisi Seymur Tağıyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

Facebookdan bizi izləməyi unutmayın.
X