14:59 01.06.2022 421

"Hədəfimiz avrokuboklarda oynamaqdır" - Sakit Rzayev

Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev “Araz-Naxçıvan” klubunun 55 illiyi münasibətilə təşkil olunan “1 uşaq 1 top” futbol festivalından öncə Fanat.Az saytının əməkdaşının da iştirak etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- “Araz-Naxçıvan”ın I Diviziona buraxılması qərarı gözlənilməz olmadı? Muxtar Respublika qayıdışa necə hazırlaşır?
- Yanvarda “Araz-Naxçıvan” və futbol federasiyasının struktur dəyişikliyindən sonra ilk görüşdə klubun korporativ kimliyinin geri qaytarılması və inkişafı ilə bağlı layihə hazırladıq. Tək komanda yox, klub olaraq inkişafı götürdük. Promo məhsulları, formalar, akademiya, regionlarda filialların açılması ilə bağlı 10 illik plan hazırladıq. Hədəflərdən birincisi klubu Premyer Liqaya çıxarmaqdır. AFFA rəhbərliyi ilə görüşdükdən sonra belə qərar verildi ki, 1 il I Divizionda oynayaq. Premyer Liqada şərtlər başqadır. 1 il ərzində ümumi təcrübə qazanmalıyıq. Sstruktur formalaşdırılmalıdır. 1 ildə komandalar, məşq meydançaları formalaşdıra bilərik. Danışıqlardan sonra qərar verdik ki, I Divizionda oynayaq. Müraciət etdik, qəbul olundu. Bu, peşəkarlaşma yolunda atdığımız ilk addımlardan biridir. 55 illiyi də tam uşaq futboluna həsr edirik. Bütün planlarımız uşaq futbolunun inkişafına yönələcək. “Araz Naxçıvan”ı artıq hər kəsin oynamaq arzusunda olduğu kluba çevirmək istəyirik. Bütün şəhər qırmızı-ağ rənglərə bürünüb. İnanırıq ki, bundan sonra daha kütləvi hal alacaq.

- Uzunoba təlim-məşq kompleksi tikilib. Bu barədə ümumi mə məlumat verərdiniz...
- Bizə meydança, infrastruktur lazımdır. Bir il əvvəl belə bir layihə hazırladıq. Akademiyanı şəhərdən kənara çıxarmaq istədik. Orada boş ərazilər çoxdur. Gələcəkdə daha böyük infrastruktur qurulması üçün addımlar atılacaq. Ora uşaq futbolunun təlim-məşq bazası kimi nəzərdə tutulub. 14 yaşa qədər uşaqların məşq etməsi, oynaması və çimərlik futbolunun inkişafı üçün qurulub. Görəcəyimiz işlərdən biri futazlın inkişafı ilə bağlıdır. 24 komandanın iştirakı iləı Naxçıvan futzal çempionatı keçirdik. Pandemiyaya görə yarımçıq qalsa da, yenidən keçirmək istəyirik.

- Futbol üçün böyük maliyyə tələb olunur. Naxçıvan istehsal sahələrindən bu işə yatırım olacaq?
- Güclü maliyyə dəstəyi lazımdır və bu, davamlı olmalıdır. İdarə heyətinin üzvlüyündə 4 iş adamı var. Hazırda bir çox maliyyə meyarları var. Naxçıvanda iqtisadi inkişaf davam edir. Bunun da nəticəsində futbolumuz bir yerə gəlməlidir. Tam açıqlaya bilməyəcəyəm. Amma maliyyə dayanıqlılığını hiss edirik. 10 illik proqram az deyil. Günün tələblərinə uyğun olaraq, ildən-ilə hədəflər böyüməli, maliyyə artmalıdır.

- Naxçıvanda daxili çempionat keçirilirdi. Bu, davam edəcək?
- Bəli. Futbol federasiyası rəhbərliyi olaraq hər bir rayona iş adamı sponsorlar veririk. Onlar həmin komandaları qucaqlayıblar, bütün maliyyə dəstəklərini verəcəklər. AFFA da köməkliyini əsirgəməyəcək. Region komandalarımız hər biri Ədliyyə Nazirliyindən qeydiyyatda keçiriləcək.

- Təhsil Nazirliyi və xarici klublarla əməkdaşlıq olacaq?
- 3 ay əvvəl AFFA-da görüş keçirdik. Bütün idman növlərinin bazası məktəblərdir. Elit məşq layihəsi və məktəblərdə futbol dərsləri layihələri burada tətbiq olunacaq. D və C kateqoriyalı məşqçi kursaları keçirildi. Bunların hamısı paralel şəkildə aparılmalıdır. Biz digər nazirliklərlə iş aparmalıyıq. Hər bir nazirlikdən bir nəfər Naxçıvan Futbol Federasiyasının idarə heyətinin üzvlüyünə seçildi. Hazırda turnir keçirdikdə heç bir çətinlik yaşamırıq. Artıq onlar bilir ki, hara və nə göndərmək lazımdır. Xarici klublara gəlincə, ABŞ geyim şirkəti ilə ilkin razılıq əldə etmişik. 100-dən çox klubla əməkdaşlıq edirlər. Onların netvörkinq sisteminə qoşulmaq üçün müqavilə imzalayacağıq. Belədə, avtomatik əməkdaşlıq yaranır. Aşağı yaş komandalarının turnirlərə cəlb olunması, məşqçilərimizin praktikaya göndərilməsi işləri aparılacaq. Onlardan artıq bizə geyim dəstləri gəlib.

- Federasiya prezidenti Vüqar Abbasov həm də “Araz-Naxçıvan”ın prezidentidir. Siz özünüz də klubda təmsil olunursuz. Bu isə qaydalara ziddir. Seçim qarşısında qalsanız, hansını seçəcəksiz?
- Bəli, qaydalara ziddir. Bu barədə müzakirələrimiz olub. “Araz-Naxçıvan”a yeni prezidentin seçilməsi gözlənilir. Mənim fəaliyyətimi federasiya və klubda davam etdirməyimə gəlincə, ağır sualdır. Hara məsləhət görülsə, işimizi orada davam etdirəcəyik. Həm federasiyanın, həm klubun rəngləri ağ-qırmızıdır.

- Adil Şükürov buradadır. Akademiyada işlərin ona tapşırılacağı gözlənilir...
- Hazırda rəsmi açıqlama verə bilmirik. Ounula bir neçə görüşümüz olub. Uşaq futbolu hamının çox danışdığı sahədir. Akademiyaların olmaması çox müzakirə olunur. Bu təhsil necə olmalıdır? Heç bir layihə ortaya qoyulmur. Avropa təcrübəsindən yararlanırıq, amma hansı təcrübəsindən? Hələ akademiya formalaşdıra bilməmişik. Formalaşdırsaq belə, uzunmüddətli olmalyb. Biz akademiyanı qurmağı, futbol təhsilini, uşaqların düzgün insan kimi formalaşdırılmasının müzakirəsini aparmalıyıq. İnsan faktoru ilə işləyirik. Futbol dayanmadan inkişaf edir. Bu gün futbolçunun beyninə də müdaxilə edirlər. Avropada sürətli düşünmə, beyin bacarıqlarının inkişafı üçün böyük bir iş aparılır.

- 7 il ərzində nə dəyişdi ki Azərbaycan futbol ailəsinə qayıtmaq qərarına gəldiz?
- Burada inkişaf baxımından çox şey dəyişib. Hər şeyin bir vaxtı var. Bu da 2022-ci ilə təsadüf etdi. Klub saxlamaq böyük maliyyə tələb edir. 44 günlük Vətən müharibəsindən sonra ümidlərimiz daha da artdı. Zəngəzur dəhlizinin açılması Naxçıvan futbolu ilə Azərbaycan futbolunun qaynaşmasına səbəb olacaq. Aşağı yaş qruplarımız da zona yarışlarında iştirak edə biləcək. Biri var Naxçıvan çempionatında oynasınlar, biri də var ən yaxşıları ümumölkə liqalarında oynasın.

- Region Liqasındakı yarımfinal oyununa görə komandaya texniki məğlubiyyət verildi. Klubdan bir reaksiya olmayıb. Bu məsələyə aydınlıq gətirərdiniz...
- Region Liqası üçün xüsusi planlarımız var idi. Naxçıvanda güclıü komandalarımızın sayı çox deyil. Ona görə baş məşqçinin istəklərinə görə ikiaylıq planlar quruldu. Qərardan sonra klub rəhbəri otelə gəlib bütün futbolçuları ətrafına yığıdı. Bildirdi ki, siz meydanda qalibsiniz, bu oyunları yoldaşlıq görüşü kimi qəbul edin, bizə gələcəyin komandasını qurmaq lazımdır. Peşəkar addımlar atırıqsa, gəlcəcəyin klubunu qurmaq üçün korporativ işlər görmək istəyiriksə, həvəskar liqasında oynamağın mənası yoxdur. Biz həmin futbolçuların adlarını əvvəldən göndərmişdik. Yürımfinalda isə bir daha müqavilələrə baxmadıq. Orada da “Xan Lənkəarn”ın etiraz etidyi yox, etmədiyi başqa futbolçu ilə bağlı qərar qəbul edilib.

- 10 illik proqram var. Həmin müddətdən sonra “Araz Naxçıvan”ı harada görürsüz?
- Hədəfimiz avrokuboklarda oynamaqdır.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X