Yeni mövsümdən daha çox büdcə ilə mübarizə aparacaq "Səbail" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu, "Neftçi"nin yarımmüdafiəçisi Xəyal Nəcəfovdur.
24 yaşlı oyunçunun "ağ-qaralar"la müqaviləsinin müddəti gələn ilin yayında bitsə də, rəhbərlik onun sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilməsinin əleyhinə deyil.
Nəcəfov artıq "Səbail" rəhbərliyi ilə müqavilənin şərtlərini də razılaşdırıb.
Emin