14:16 03.06.2022 703

"10 nəfərin yoxluğu ciddi üstünlükdür" - Vaqif Cavadov

Bu gün UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan yığması ilk oyununa çıxacaq. Millimiz səfərdə Qazaxıstan seçməsi ilə üz-üzə gələcək. 

2011-ci ildə yığmamız doğma meydanında Mərkəzi Asiya təmsilçisi ilə 7-ci oyununu keçirib. Həmin matç təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 11 il öncəyə təsadüf edən görüşdə komandamızın qollarından birini o zaman "Bakı" klubunun şərəfini qoruyan Vaqif Cavadov vurub. Cavadov həm də Qazaxıstanın "Turan" klubunda məşqçi kimi də şalışıb. 

Azərbaycan yığmasının rəqibi ilə həm futbolçu, həm də məşqçi kimi tanış olan 33 yaşlı mütəxəssis bugünku oyunla bağlı gözləntilərini Fanat.Az-a bölüşüb.

Cavadov öncə Qazaxıstan millisinin indiki durumundan danışıb: 

"Əvvəlcə qeyd edim ki, Qazaxıstan seçməsinin 10 əsas oyunçusu millinin düşərgəsinə gəldikən sonra müxtəlif səbəblərdən toplanışı tərk ediblər. Bu 2 və ya 3 nəfər deyil. 10 nəfər millinin 50 faizini təşkil edir. Bu fakt artıq Azərbaycan millisi üçün ciddi üstünlükdür. Amma oyun vaxtı bizim bundan necə yararlanacağımızı zaman göstərəcək. Biz həmişə Qazaxıstan millisinə qarşı yaxşı oyun nümayiş etdirmişik. Bəli, uduzduğumuz oyunlar da olub. Amma söhbət əzmkarlıqdan və istəkdən gedir. İnanıram ki, bu gün bizim uşaqlar qalib gələcəklər. Onlara uğurlar arzu edirəm. 

Yığmamızın futbolçuları üçün baş verə biləcək çətinliklərdən biri də süni ot örtüyü amilidir. Rəqib oyunçular belə stadionlarda çıxış etməyə öyrəşiblər. Meydança qapalı olacaq. Qazaxlar belə şəraitdə də oynamağa alışıb. Amma bizim futbolçular əksinə, açıq havada və təbii ot örtüyündə mübarizə aprmağa üstünlük verirlər". 

Azərbaycan seçməsinin sabiq vingeri ölkəmizdə mövsümün yenicə başa çatmasına, ümumi yorğunluq amilinə də toxunub: 

"Mövsüm başa çatdıqdan sonra futbolçularda yorğunluq və istirahət istəyinin olması normal haldır. Bu zaman komandanın baş məşqçisi futboloçularla pxixoloji təsir üsulu tapmalı və onlara motivasiya verməlidir. Söz düşmüşkən, keçmişi yada salacağam, bizim dönəmdə də belə hallar olub. Amma indiki futbolçulardan fərqli olaraq biz özümüz də nə üçün və kim üçün oynadığımızı dərk edirdik. Milli komandanın uğurları üçün mübarizə aparmaq, çalışqanlıqla oynamaq, əlimizdən gələni əsirgəməmək bizim əsas məqsədimiz idi. Fərq etməz, udduq və ya uduzduq. Biz Azərbaycan milli komandasının formasını geyinirdik və sona qədər mübariz olmağa çalışırdıq. Hamı mənimlə razılaşar ki, bu gün yığmamızda çatışmayan ən əsas amillərdən biri budur. Milli komandanın heyətinə düşmək sevinc idi, qürur idi... Bununla fəxr edir və özümüzü doğrultmağa çalışırdıq. Arzulayırdıq ki, bizi millinin düşərgəsinə çağırsınlar. Bunu səbrsizliklə gözləyirdik. Yaranan şansdan istifadə edib komandanın daimi futbolçusuna çevrilməyi planlaşdırırdıq. Əminliklə bir daha qeyd edim ki, həmin ab-hava indi yoxdur. Mövsüm sonu, istirahət... Məncə, ölkə millisinin şərəfini qoruyarkən futbolçu belə şeyləri düşünməməlidir. Ölkədə yüzlərlə peşəkar futbolçunun içindən seçilmiş adamlardır. Bunu dəyərləndirmək lazımdır. Bəli, aydındır ki, uduzuruq, uduruq, bu heç...  Amma mübarizə aparmaq tərzi var. Oyunumuzu izləyən azarkeşlər mübarizlik görməli, çalışqanlıq, xarakter müşahidə etməlidir. Boşalan stadionları doldurmaq lazımdır. 2009-dan 2015-ci ilə qədər olan azarkeşləri yenidən stadiona qaytarmaq lazımdır. 

Bütün futbolçulara uğurlar arzu edirəm. Komanda oyunu gözləyirəm. Kimin qol vurması fərq etməz. Əsas odur ki, nəhayət, bizim milli komandamız nəyə qadir olduğunu göstərə bilsin, komanda olaraq yumruğu bir nöqtəyə vursun. Sonadək mübarizə aparsalar, inanın ki, azarkeşlər istənilən halda, onları alqışlayacaq. Vuruşmaq lazımdır. Nəticə pis ola bilər, amma oyunu izləyən azarkeşlərimiz milli üzvlərinin can-başla vuruşduğunu görən zaman ümidlənəcək və daha çox dəstək olacaqlar. Komandamıza uğurlar!" 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X