16:29 03.06.2022 372

Bakı klubunun sabiq futbolçusu: "Mənə milyon dollar borcları var idi"

"İnter" klubunun (hazırkı "Şamaxı") sabiq yarımmüdafiəçi Mixail Makovski "football.by" nəşrinə müsahibəsi verib. 

Fanat.Az xəbər verir ki, veteran futbolçu Bakı klubunundan borcunun cəmi 50 min dollarını məhkəmə yolu ilə ala bildiyini bildirib: 

"Müqaviləmi vaxtından əvvəl pozduğu üçün Bakı "İnter"inin mənə bir milyon dollar borcu var idi. Borc kompensasiyadan yaranmışdı. Belə təzminatları adətən vaxtından tez qovduqları üçün məşqçilərə ödəyirlər. Anatoli Konkov məni qardaşım Vladimir Makovski ilə birlikdə əvvəlcə Ukrayna "Vorskla"sına, daha sonra Azərbaycana apardı. "İnter"də mənə və qardaşıma müqavilə bağlamaq haqqı kimi 5 min dollar verdilər. Konkov deyirdi ki, ikiniz meydanda olduğunuz vaxt atom qarışığı kimi olursunuz. Ən böyük əmək haqqımı "İnter"də alırdım - 23 min dollar. Dörd günlük istirahət verilən kimi ailəmin yanına uçurdum. Klub bizə 8 pulsuz uçuş ayırmışdı. Udduğumuz oyunun ardından Ukrayna istirahətimizi başa vuraraq Bakıya qayıtdıqda bazada çarpayımızın üstündə zərfin içində 500 dollar görürdük. Ən maraqlısı o idi ki, həmin vaxt içmirdik. Çünki 50 dərəcə isti olurdu. Otaqda kondisioner olmasa, bişərdin. İlk məşqimiz səhər saat 6-da, ikincisi saat 20:00-dan sonra olurdu".

Veteran futbolçu "İnter"dəki maaşının cəmi min dollarını xırda xərcləri üçün özünə saxladığını, qalan 22 min dollarını isə Ukraynadakı həyat yoldaşına göndərdiyini diqqətə çatdırıb. O, ümumilikdə 2 il ərzində yarım milyon dollar qazandığını dilə gətirib. M.Makovski qazancının sonrakı aqibətindən də danışıb: "Həyat yoldaşım biznesə girdi və "yandırdı". İcarəyə vermək üçün iki ekskavator aldı. Amma xeyri olmadı və onlar Ujqorodda qaldı. Bəlkə elə indi də oradadırlar. Üstəlik, xanımımla birlikdə 350 min dollara Kiyevdə hələ tikilməyən mənzil aldıq. Sonradan 450 min dollara satmaq imkanımız var idi. Amma həyat yoldaşım gözləməyimizi istədi. Bu vaxt dolların kursu kəskin dəyişdi, 4 dəfə artdı. Nəticədə evi cəmi 80 min dollara satdıq. Nə qədər itirdiyimizi özünüz hesablayın".

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004 - 2006-cı illərdə "İnter"də çıxış edib. V.Makovski 2018-ci ildə Belarusun "İsloç" komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan ömürlük uzaqlandırılıb. M.Makovski isə 2018-ci il fevralın 16-da "Molodeçno" klubuna baş məşqçi təyin olunsa da, azarkeşlər və mətbuatla görüşə içkili gəldiyi üçün 3 gün sonra vəzifəsindən kənarlaşdırılıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

18:40

1-ci Liqada mövsümə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X