"Səbail"in baş məşqçisi Mahmud Qurbanov komanda ilə yanaşı, inzibati-texniki heyətə də əl gəzdirir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı mütəxəssis paytaxt klubunun tibbi personalını dəyişib.
Qurbanov "Neftçi"nin əvəzedicilərini çalışdırarkən komandanın həkimi olan Vüqar Qarayevi "Səbail"ə gətirib. 2018-ci ildən "Neftçi"də işləyən 50 yaşlı həkim bundan sonra "dənizçilər"in sağlamlığının qayğısına qalacaq.
"Neftçi"ni "Səbail"ə dəyişən daha bir texniki işçi isə Faiq Şirinovdur. "Neftçi" Akademiyasında inzibatçı olan Şirinov bundan sonra "Səbail"in əsas komandasında fəaliyyət göstərəcək.
Mirağa