"Səbail" daha bir oyunçusu ilə müqavilə müddətini artırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi qışda Yunanıstanın "Olimpiakos Volos" klubuna icarəyə verdiyi Turan Manafovla yeni anlaşma imzalayıb.
Müdafiəçi 2023/2024 mövsümünün sonuna qədər "Səbail"in uğurları üçün çalışacaq.
Qeyd edək ki, "dənizçilər" bundan əvvəl "Zirə"dən Ağabala Ramazanovu transfer edib, heyət üzvlərindən isə Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı və Cabir Əmirli ilə müqavilənin müddətini artırıb.
Mirağa