UEFA Konfrans Liqasının hazırlıqlarına iyunun 15-də başlamalı olan, ancaq baş məşqçi problemini həll edə bilmədiyi üçün təlim-məşq toplanışı da yubanan "Neftçi" axtarışlarını davam etdirir. İndiyə qədər namizədlər kimi Viktor Qonçarenko, Yuri Vernidub, Roman Qriqorçuk və Ertuğrul Sağlamın adı hallanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu dörd məşqçidən biri artıq siyahıdan çıxarılıb. "Qəbələ"nin keçmiş baş məşqçisi Roman Qriqorçukun "Neftçi"ni çalışdırmayacağı dəqiqləşib.
Belaruslu Qonçarenko və ukraynalı Vernidubla müzakirələrdən hələki istədiyi nəticəni ala bilməyən "Neftçi" Ertuğrul Sağlamla danışıqları intensivləşdirib. Türkiyəli mütəxəssisin klub rəhbərliyi ilə üzbəüz görüşmək Bakıya gəldiyi iddia olunsa da, saytımıza məlumat verən mənbə bunu təkzib edib.
Mirağa