Yeni mövsümdə I Divizionda çıxış edəcək "Araz-Naxçıvan"ın hazırlıq proqramı bəlli olub.
Bu barədə Fanat.Az-a klubun baş məşqçisi Azər Bağırov məlumat verib.
Onun sözlərinə görə, komanda iyulun 4-də məşqlərə start verəcək. Toplanışın ikinci mərhələsi isə Türkiyədə keçəcək. 29 iyul-14avqust tarixləri arasında "Araz-Naxçıvan" Ərzurumda təlim-məşq toplanışında olacaq. Bu müddətdə 5 yoxlama oyunu keçiriləcək. Lakin rəqiblərin kimliyi hələ məlum deyil.
Röya