"Neftçi" yeni transfer gerçəkləşdirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail "Aşdod"u ilə müqaviləsinin müddəti başa çatan Ataa Caberin "ağ-qaralar"a keçidi rəsmiləşib.
Caberlə 2 illik müqavilə imzalanıb. O, "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Aşdod"un heyətində 30 oyuna 2 qol vuran 28 yaşlı dayaq yarımmüdafiəçisi daha əvvəl Hayfa "Makkabi"si və "Bney-Saxnin" klubunda da çıxış edib. O, 2015 - 2017-ci illərdə İsrailin U-21 yığmasının da formasını geyinib.