Bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin II qrupunda ilk oyun keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi “Cəbrayıl” Belarusun “Kolos” komandası ilə qarşılaşıb.
Hesabı erkən (10-cu dəqiqə) açan Cavid Hüseynovun komandası ilk yarının sonlarında qırmızı vərəqə aldıqdan sonra üstünlüyünü əldən verib. Belarus təmsilçisi 62 və 74-cü dəqiqələrdə 2 qol vuraraq matçdan qalib ayrılıb - 2:1.
Tərəflər arasında ikinci oyun iyunun 26-da, saat 16:00-da keçiriləcək.
UEFA Region Kuboku
24 iyun
“Kolos” - “Cəbrayıl” 2:1
Qollar: Dzianis Simançuk, 62, Aleksandr Polişuk, 74 - Mehman Süleymanlı, 10
Qırmızı vərəqə: Babək Allahverdiyev, 40
39-cu dəqiqədə Aqşin Paşayev penaltidən yararlana bilməyib (qapı tiri)
Baş hakim: Damian Silvestrjak (Polşa)
Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)
Dördüncü hakim: Luka Sibelli (İsveçrə)
Şamaxı şəhər stadionu
Qeyd edək ki, I qrupun ilk tur matçında Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib.