14:19 24.06.2022 530

Vahabzadə bir mehmandır - Mehman bəy ona qalxandır? 

Uzun fasilədən sonra "Kəpəz"in elitada oynamaq fürsəti yaxalaması futbol həvəskarlarını sevindirməyə bilməz. Əlbəttə, Gəncənin böyük futbol ənənələri var.

Nizami yurdunun təmsilçisinin AFFA-dan aldığı hüquqi güzəştlər və maliyyə dəstəyi sayəsində Premyer Liqaya qayıtması ölkədə elit futbol sərhədlərinin genişlənməsi, stadionlardan matç izləyən azarkeşlərin sayının artması deməkdir. Şübhəsiz, "Kəpəz"in minimum büdcə ilə adından söz etdirəcəyini proqnozlaşdırmaq absurddur. Komanda ən yaxşı halda, "asan yem" olmamaq, özündən üstün rəqiblərinə Gəncədə oynamağın çətinliklərini göstərmək və yekunda APL-i son pillədə bitirməmək uğrunda mübarizə apara bilər.

Zaman o zaman deyil

Əlbəttə, SSRİ dönəmində Azərbaycan futboluna çoxsaylı istedadlar bəxş edən Gəncənin müstəqillikdən sonra da futbol şəhəri statusunu itirməməsi faktdır. 90-cı illərdə adından söz etdirən, 3 dəfə ölkə çempionu, 4 dəfə Azərbaycan Kubokunun qalibi olan klub istər "Gəncə", istərsə də "Kəpəz" adlandığı vaxtlarda özünəməxsus "çəki"sini qoruyub. Bura gəncəlilərin qazandığı gümüş və bürünc medalları, yerli azarkeşlərin qırdığı rekordları da əlavə etsək, hansı tarixə sahib camiədən danışdığımız tam şəkildə aydınlaşar. Ancaq bu gün vəziyyət xeyli fərqlidir. İndiki "Kəpəz" yazının girişində qeyd etdiyimiz kimi, özü üçün kiçik hədəflər müəyyənləşdirməli və ən azı elitaya layiq olduğunu isbatlamağa çalışmalıdır. 

Büdcə məhdud olsa da...

Büdcə məhdud, 10 komandalı çempionatdakı bütün rəqiblər güclüdürsə, "Kəpəz" idarəçilərinin yeganə yolu sarsılmaz birlik formalaşdırmaq, mümkün qədər peşəkarlıq nümayiş etdirmək və möhtəşəm azarkeşlərinin dəstəyinə ümid bağlamaqdır. Gəncə komandası yalnız bir istiqaməti seçəcəyi halda, 4 ildən sonra qayıtdığı elita səhnəsində gələcəyi ilə bağlı xoş müjdələr verə bilər. Yəni hər hansı parçalanmanın, qruplaşmanın vəziyyəti qəlizləşdirəcəyi və komandanı öz kiçik hədəflərində belə, uzaq salacağı dəqiqdir.

Çox şey Allahverdiyevdən asılıdır

Artıq təcrübəli futbol funksioneri, əməkdar məşqçi Mehman Allahverdiyev yenidən "Kəpəz"ə qayıdıb. Ayrı-ayrı vaxtlarda "sarı-göylər"in baş məşqçisi, vitse-prezidenti və icraçı direktoru olan Allahverdiyev bu dəfə klubun idman direktoru vəzifəsini tutacaq. Şübhəsiz, "Kəpəz" müstəqillik dönəmində ən böyük uğurlarını məhz Mehman bəyin rəhbərliyi altında qazanıb. Qərb təmsilçisinə 3 dəfə Azərbaycan çempionluğunu, 4 dəfə ölkə kubokunu qazandıran mütəxəssisi əbəs yerə Gəncə futbolunun "xaç atası" adlandırmırlar. 

Əslində, onun yeni layihədən kənarda qalmaması, "Kəpəz"də post tutması başadüşüləndir. Adam əvvəlki fəaliyyəti ilə klubun bir parçası olmağı haqq edir. Amma yaxın keçmişdə baş verənlərə nəzər yetirsək, sözügedən şəxs həm də ciddi təhlükə mənbəyidir. Allahverdiyevin tərəfdarlarının bütün digər baş məşqçiləri tribunlarda istefaya səslədikləri, bu adamın varlığının sonradan dərin fəsadlara yol açdığı barədə onlarla fakt var. Deməli, arzulanan birliyin yaradılmasında həlledici fiqur elə Allahverdiyevin özü olacaq. Başqa sözlə, onu bir müddətdən sonra gəncəli olmayan baş məşqçinin - Yaşar Vahabzadənin yerində görmək istəyənlər ənənəvi fəaliyyətlə diqqət çəksələr, sular yenidən bulanacaq. Klubdakı əsas söz sahibləri bu məqamı nəzərə almalı, ən çətin anlarda vəziyyətin sığortalanmasına hazır olmalıdırlar. Ümid edək ki, həm Mehman bəy, həm də çoxsaylı tərəfdarları "köhnə nəğmələrin yenidən oxunması"na ehtiyac duymayacaqlar.  

Nihat 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X