İyunun 13-dən növbəti mövsümün və Konfrans Liqasının hazırlıqlarına start verən "Zirə" təlim-məşq toplanışının ilk mərhələsini başa vurub.
Fanat.Az xəbər verir ki, dünən Bakıda sonuncu məşqini keçirən "qartallar" bu gün Türkiyəyə yola düşüb.
Komanda saat 17:15-də Bakını tərk edib.
"Zirə" Bolu şəhərində "Vonresort" otelində məskunlaşacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu qəsəbə təmsilçisi qardaş ölkədə iki yoxlama oyunu keçirəcək. İyulun 7-də Bakıya dönəcək "Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Təl-Əviv "Makkabi"si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.
Qeyd edək ki, Təl-Əviv "Makkabi"si ilə 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyun iyulun 21-də Bakıda baş tutacaq. Matç saat 20:00-da "Dalğa Arena"da keçiriləcək. Cavab görüşü isə iyulun 28-də Təl-Əvivdə Bakı vaxtı ilə 21:30-da start götürəcək və "Blumfild" stadionunda oynanılacaq.
Mirağa