Azərbaycanda təşkil olunan UEFA Region Kuboku çərçivəsində bu gün növbəti oyun keçirilib.
Fanat.Az xəbər verir ki, 2-ci qrupda yer alan Azərbaycan təmsilçisi "Cəbrayıl" Belarus komandası "Kolos"la qarşılaşəb.
İki gün əvvəl Şamaxıda belaruslulara 1:2 hesabı ilə uduzan Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv cavab görüşündə də bu rəqiblə bacarmayıb. Təmsilçimiz darmadağına məruz qalaraq, mübarizəni dayandırıb - 2:6.
Qeyd edək ki, Azərbaycanda təşkil olunmuş ilkin mərhələnin qalibi iyunun 29-da Şamaxıda baş tutacaq final matçında müəyyənləşəcək.
UEFA Region Kuboku
İlkin mərhələ, 2-ci qrup
26 iyun
Cəbrayıl (Azərbaycan) - Kolos (Belarus) 2:6
Qollar: Xəlilov, 10, Həmidov, 30 - Hurinoviç, 5, Lizunou, 31, 61, 77-pen, Simançuk, 72, Karatkeviç, 86
Baş hakim: David Şmayç (Sloveniya)
1-ci köməkçi hakim: David Qabroveç (Sloveniya)
2-ci köməkçi hakim: Paskal Hirsel (İsveçrə)
Ehtiyat hakim: Luka Sibelli (İsveçrə)
UEFA hakim-inspektoru: Ladislav Qadoşi (Slovakiya)
Şamaxı şəhər stadionu