09:37 27.06.2022 1145

"Şamaxı"ya rəhbərlik edən hüquqşünas: "Fransa şirkətini Bakıya dəvət etmişik"

"Şamaxı"da rəhbər dəyişikliyindən sonra klubla bağlı hüquqi işləri Elçin Usub yerinə yetirir. Bu ad-soyad çoxuna tanışdır - Elçin bəy futzal üzrə İkinci Liqanın qalibi, vəkillər və hüquqşünaslar arasında təşkil edilən dünya çempionatının bürünc medalçısı olan "Advokat" komandasının rəhbəridir. 

"Şamaxı" ilə bağlı suallar isə yetərincədir. Komandanın "ASK Arena"dan çıxıb "Sərhədçi"də məskunlaşacağı, Cavid Hüseynovun baş məşqçi təyin olunacağı, 75-80 faiz dağılan heyətin necə formalaşdırılacağı ilə bağlı suallar hər kəs üçün maraqlıdır. 

Fanat.Az Elçin Usubla əlaqə saxlamağa müvəffəq olsa da, xaricdə işgüzar səfərdə olan hüquqşünas "Şamaxı"ya aid sualları cavablandırmaqdan birmənalı olaraq imtina edib. 

- Elçin bəy, bildiyimizə görə "Şamaxı" klubu ilə bağlı hüquqi prosedurlar sizə tapşırılıb. Yəni kluba de-fakto siz rəhbərlik edirsiz. 
- "Şamaxı" ilə bağlı suallarınıza cavab verməyəcəyəm. Üzrlü sayın. 

- Axı təhvil-təslim işinə siz nəzarət etmisiniz. 
- Şərhsiz... 

- O zaman rəhbıri olduğunuz "Advokat"la bağlı iki sualımız olacaq. Komandanızın Azərbaycanın futzal üzrə Birinci Liqasında və ya Yüksək Liqada iştirakı mümkündürmü? Çünki komanda bu tələblərə cavab verir.
- Konkret olaraq deyim ki, hər bir halda "Advokat"ın Yüksək Liqada iştirakı gözlənilmir. Yenə İkinci Liqada çıxışımızı davam etdirəcəyik, yoxsa Birinci Liqada oynayacağıq - bu suala iki həftə sonra aydınlıq gələcək. 

- Vəkillər arasında dünya çempionatının gələn il Azərbaycanda keçirilməsi ideyası nə qədər realdır? Mümkünsə, bu yöndə yenilik varsa, bizimlə bölüşərdiz.
- Vəkillər və hüquqşünaslar arasında 5x5 formatında turnir keçirmək fikrimiz var və bu istiqamətdə təşkilatçılarla - Fransanın CCO şirkəti ilə ilkin danışıqlarımız olub. Qarşı tərəf təklifimizə reaksiya bildiriblər. Məsələni bir qədər də irəli aparmaq üçün sözügedən şirkətin nümayəndəsini Bakıya dəvət etmişik. Yəqin ki, avqustun sonlarında və ya sentyabrın əvvəlində ölkəmizə gəlib şəraitlə yerində tanış olacaq. Bu səfər baş tutacaqsa,  sözsüz ki, bizim əlaqədar orqanlarla, Azərbaycan Gənclər və İdman Nazirliyi və digər qurumlarla intensiv görüşlər keçiriləcək. Ki, gələn qonaqlar təklifə həm təşkilati, həm siyasi,  həm dövlət dəstəyinin olduğuna əmin olsunlar.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X