“Sumqayıt” bugündən etibarən 2022/2023 mövsümünün hazırlıqlara start verəcək.
Fanat.Az xəbər verir ki, hazırlığın iyulun 15-dək davam edəcək ilk mərhələsini Sumqayıtda keçirəcək Aleksey Baqanın yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.
"Gənclik şəhəri"nin rəqibi də müəyyənləşib. Belə ki, iyulun 9-da "Sumqayıt" Murad Musayevin baş məşqçisi olduğu "Sabah"la gücünü sınayacaq. Oyun Sumqayıtda baş tutacaq.
Qeyd edək ki, Aleksey Baqanın komandası hazırlığın ikinci mərhələsini iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Bu müddət ərzində "Koru" hotelində məskunlaşacaq komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Türkiyədəki rəqiblərin kimliyi, oyunların keçiriləcəyi tarix hələ müəyyənləşməyib.
Mirağa