İyunun 25-dən etibarən Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə"nin ilk yoxlama oyununun vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, "qartallar" iyunun 29-da Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt" komandası qarşılaşacaq.
Paytaxt təmsilçisi 2 həftəlik toplanış dövründə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqibin kimliyi indilik bilinmir.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq. Qarşılaşma saat 20:00-da start götürəcək. İyulun 28-də, Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab oyunu isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
Mirağa