Düz bir həftə sonra UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Qarabağ" səfərdə Polşanın “Lex” komandası ilə üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, rəqib klubun azarkeş saytı "köhlən atlar"ın hazırki durumunu dəyərləndirib.
"Kklech.com" saytının "Qarabağ" klubu barədə araşdırmasını təqdim edirik:
"İlkin mərhələdə "Lex"i çox çətin rəqibi gözləyir. Onların istəkləri Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Bəli, "Qarabağ" özünü Polşa çempionu ilə oyunun favoriti hesab edir. Bizi çox ciddi rəqiblə mübarizə gözləyir.
Ağdam təmsilçisinin heyətində ümumi yorğunluq var. Təbii ki, bu da "Lex" üçün əlverişlidir. Azərbaycan klubunun oyunçularının məzuniyyətləri çox qısa olub. Onlar mayın 28-dən iyunun 8-dək dincələ bilib. Həmin tarixədək əsas komandanın bir çox futbolçusu iki Azərbaycan millisinin - əsasyığma və U-21-in düşçərgəsində olub. "Qarabağ"lılar cəmi bir həftəlik fasilədən sonra yenidən çalışmalara start verib. Onlar iyunun 20-dən Avstriyada məşq edirlər.
"Qarabağ"ın əsas futbolçularının iyun ayı üzrə oyun dəqiqəsi:
Şaxrudin Məhəmmədəliyev (qapıçı) - 350 dəqiqə
Bəhlul Mustafazadə (müdafiəçi) - 350 dəqiqə
Ramil Şeydayev (hücum) - 225 dəqiqə
Maksim Medvedev (müdafiəçi) - 220 dəqiqə
Riçard Alımeyda (yarımmüdafiəçi) - 204 dəqiqə
Bədavi Hüseynov (müdafiəçi) - 194 dəqiqə
Abbas Hüseynov (müdafiəçi) - 84 dəqiqə
Qara Qarayev (yarımmüdafiəçi) - 50 dəqiqə
Toral Bayramov (müdafiəçi) - 11 dəqiqə
Şənbə günü "köhlən-atlar" "Botoşani" ilə oyunda 4:0 hesabı ilə qalib gəlib. İlk hissədə baş məşqçi Qurban Qurbanov meydana çox güclü heyət buraxmışdı ki, nəticədə də 40 dəqiqə ərzində "Qarabağ" 3 qol vurdu.
Çərşənbə günü "Qarabağ" müxtəlif saatlarda daha iki yoxlama oyunu keçirəcək. Ağdamlılar iyunun 29-da bir günə iki fərqli heyətlə eyni sayda oyun keçirəcək. "Lex"in rəqibi əvvəlcə Polşa vaxtı ilə 12:00-da Almaniyanın "Holştayn Kil" klubuna, 18:30-da isə Rumıniyanın "Universitatya Krayova" komandasına qaşı gücünü sınayacaq.
Ağdam təmsilçisi Avstriyadakı təlim-məşq toplanışından birbaşa Poznana uçacaq. "Lex"lə yarışa maksimum dərəcədə hazırlaşmaq istəyən azərbaycanlılar iyulun 3-ü bazar günü Polşada olacaqlar. Ertəsi Qurbanov mətbuat konfransına qatılacaq və axşam saatlarında “Qarabağ” stadionun əsas meydançasında məşq edəcək.
Azərbaycan Çempionu və ölkə kubokunun qalibi bizə yarımmüdafiəçi Patrik Andradesiz qonaq gələcək. Müqaviləsinin müddətini yeniləməyən Patrik karyerasını Belqradın "Partizan" klubunda davam etdirəcək. Azərbaycanlılar hələlik cəmi bir transfer edib. Onlar 125 min avroya Hapoel "Təl-Əviv"ində çıxış edən 26 yaşlı Monteneqro millisinin üzvünü - Marko Yankoviçi alıblar.
İyunun 14-də keçirilən püşkatmadan sonra Azərbaycan çempionu "Lex " haqqında hörmətlə danışır. Bu arada özlərini favorit hesab edirlər, lakin bununla belə, Polşa çempionunu puşkatmadakı klublar arasında ən çətin rəqib adlandırırlar.
"Qarabağ" artıq iyulun 12-də, Polşa vaxtı ilə saat 18:00-da (yerli vaxtla 20:00) Bakıda keçiriləcək cavab oyunun biletlərinin satışına başlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın biletləri 5, 10, 20 və 50 azn, yəni bizim valyuta ilə 13-130 zlotı arasındadır.
Bukmeker kontorlarının fikrincə, Polşadakı oyunda "Lex"in şansları daha yüksəkdir.
Emin