Yeni mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan "Zirə" bu gün ilk sınağına çıxıb.
Fanat.Az xəbər verir ki, "qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la qarşılaşıb.
Görüşün əvvəlcədən Bakı vaxtı ilə saat 18:00-da başlanması planlaşdırırlırdı. Ancaq hava şəraiti ilə əlaqədar "Zirə" - "Hermanşdatd" (Rumıniya) oyununun başlama saatında dəyişiklik olub. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi 18:00-da yox, bir saat tez start götürüb.
Hesabı açan təmsilçimiz ilk sınaq qarşılaşmasında uduzub.
Yoxlama oyunu
29 iyun
17:00. "Zirə" - "Hermanştadt" (Rumıniya) 1:2
Qol: Hamidu Keyta, 25.
Bolu. "Koru" otelinin meydançası.