"Sumqayıt" klubunun rəhbərliyində dəyişiklik baş verib.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, idman direktoru Zamiq Hüseynov postuyla vidalaşıb.
Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.
Xəbəri təsdiqləyən Zamiq bəy saytımıza açıqlamasında "Sumqayıt"dan narazı qalmadığını, iyulun 1-də yeni iş yerinin bəlli olacağını bildirib.
Mirağa