Belaruslu mütəxəssis Aleksey Baqa ilə mövsümü boşa verən "Sumqayıt"ın sıralarını daha bir futbolçu tərk edib.
Fanat.Az xəbər verir ki, rusiyalı müdafiəçi Cəmaləddin Xocaniyazov "gənclik şəhəri" təmsilçisindən ayrılıb.
Müqaviləsinin müddəti başa çatan Türkmənistan doğumlu arxa xətt oyunçusu ilə müqavilə yenilənməyib.
Xocaniyazov 2019-cu ildən "kimyaçılar"ın formasını geyinirdi.
Qeyd edək ki, Xocaniyazov bu yay "Sumqayıt"ı tərk edən 6-cı futbolçu olub. Daha öncə sumqayıtlılarla Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Əli Qurbani və Eltun Turabov da tərk edib.
Emin