"Lex Poznan"la ötən gecə baş tutan oyunun sonlarında xəsarət alan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin durumu narahatlıq doğurur. Azarkeşləri onun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı və cavab görüşündə meydana çıxıb-çıxmayacağı maraqlandırır.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, qapıçının zədəsi ilə bağlı durum qeyri-müəyyəndir. Şahruddin sabah dərin müayinə olunduqdan sonra onun vəziyyətinə aydınlıq gələcək.
Qeyd edək ki, "Qarabağ"ın qapıçısı Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Lex Poznan"la ilk oyunun sonlarında mövqeyini tərk edərək təhlükəni uzaqlaşdırarkən ayağı burxulub. Buna baxmayaraq, o, iynə gücünə və axsaya-axsaya matçı başa çatdıra bilib.
Mirağa