"Səbail" daha bir futbolçu ilə müqavilə imzalayıb.
Fanat.Az "dənizçilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun futbol akademiyasının yetirməsi Sadiq Quliyev əsas komandaya cəlb olunub.
17 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sadiq Quliyev ötən mövsüm "Səbail"in U-16 komandasında çıxış edib.