Azərbaycan Premyer Liqasında 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mərasim 15 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq.
Saat 15:00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 5 avqustda start götürəcək.