"Şamaxı" klubunda yeni təyinatlar olub.
Fanat.Az bölgə təmsilçisin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilib.
Eyni zamanda, Rüstəm Əliyev ilə əvvəllər imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Kamran İsmayılov isə klubun baş meneceri təyin olunub.
Bildirilib ki, digər təyinatlar, komandanın məşqçi və oyunçu heyətinin formalaşdırılması ilə bağlı məlumat veriləcək.