Bu gün Azərbaycan Premyer Liqasının daha iki təmsilçisi yoxlama oyununda üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi "Sabah" Mahmud Qurbanovun baş məşqçisi olduğu "Səbail"lə qarşılaşıb.
Görüş "Sabah"ın 3:1 hesablı qələbəsiylə başa çatıb.
“Sabah”ın Heyətində Ceyhun Nuriyev dubl edib, digər qolu Camal Cəfərov vurub. “Səbail”dən isə yeni transfer Franko Mazurek penaltidən fərqlənib.
Bundan əvvəl "Sabah" yoxlama matçında "Sumqayıt"a (1:2) məğlub olub, "Səbail" isə "Kəpəz"ə (3:1) qalib gəlib.