2022/23 mövsümündə 1-ci divizionda çıxış edəcək “Sumqayıt-2”-nin baş məşqçisi vəzifəsinə təyinat gerçəkləşib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşıdakı mövsümdə bu vəzifəni Vüqar Quliyev icra edəcək.
2014-cü ildən akademiyada müxtəlif yaş qruplarında fəaliyyət göstərmiş mütəxəssis ötən mövsüm U-17 komandasını çalışdırıb.