2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Aleksey Baqanın komandası Türkiyə 1-ci Liqa təmsilçisi "Samsunspor"la üz-üzə gəlib.
Çeşme bölgəsində keçirilən qarşılaşma Türkiyə klubunun qələbəsi ilə başa çatıb - 2:0.
Qeyd edək ki, “Sumqayıt” Türkiyədəki ilk sınaq matçında “Bandırmaspor”la heç-heçə edib – 2:2.