"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibinin - Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi Stanislav Çerçesov növbəti dəfə Azərbaycan çempionundan danışıb.
Fanat.Az xəbər verir ki, rusiyalı çalışdırıcı "Sport - ekspress"ə müsahibə ölkəmizə nə vaxt gələcəklərini də açıqlayıb: "Sürix" "Qarabağ"la dueldə məğlub oldu. Bu üzdən artıq "Sürix" haqda danışmağın mənası yoxdur. "Qarabağ" uğuru haqq edirdi. Amma yenə deyirəm, bazar ertəsi səhərdən rəqib haqqında düşünməyə başlayacağıq. Bakıya çərşənbə axşamı gedəcəyik. Bazar günü isə Macarıstan çempionatında ilk oyunumuzu keçirməliyik. Ölkə birinciliyində qarşımıza maksimum hədəflər qoymuşuq".
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş" ilk oyununu avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 9-da Budapeştdə baş tutacaq.
Nihat