"Sumqayıt" heyətinə yeni legioner cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" portuqaliyalı Filipe Şabi ilə anlaşıb.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
"Sportinq"in yetirməsi olan Şabi Portuqaliyanın aşağı yaş qruplarından ibarət milli komandalarının da formasını geyinib.