Futbol üzrə Macarıstan çempionatında 2022/2023 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş” da yeni mövsümdə ilk görüşünü keçirib.
Son çempion ilk turda “Puşkaş Akademiyası” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi qarşılaşmanı dramatik qələbə ilə başa vurub. Matçın 90+4-cü dəqiqəsində Kristoffer Zakariassenin fərqlənərək "Ferentsvaroş"a 3 xal qazandırıb.
Qeyd edək ki, “Qarabağ”“Ferentsvaroş”la ilk duelinə avqustun 3-də Bakıda çıxacaqsa, tərəflər ayın 9-da Budapeştdə qarşılaşacaq.
Nihat