Bu gün Bakı vaxtı ilə saat 20:00-da "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək.
2005/07-ci illər mövsümündə Ağdam təmsilçisinin heyətində çıxış etmiş veteran qapıçı Cahangir Həsənzadə oyun ərəfəsində Fanat.Az-a açıqlama verib:
"Qarabağ"ın necə oynamalı olduğu barədə mümkün qədər ehtiyyatlı danışmaq lazımdır. Çünki, klubun baş məşqçisi hər şeyi daha yaxşı bilir. Mən kənardan bir izləyici olaraq danışa bilərəm. Əsas heyətdə iki-üç dəyişikliyin olacağı dəqiqdir. Medinanın zədəli olub iştirak ərizəsinə daxil olmaması müdafiədə bəzi rotasiyalara səbəb olacaq. Medinanın meydanda gördüyü böyük iş əmsalını çox güman ki, Bədavi Hüseynov yerinə yetirməli olacaq. Bədavinin də yetərincə fiziki və psixoloji formada olmadığını nəzərə alsaq, bu, "Qarabağ" üçün əlavə təzyiq deməkdir. Fikrimcə, futbolçular maksimum sığortalı şəkildə oynamağa çalışacaqlar. Bu da arxadan irəli verilən ötürmələrdə öz əksini tapacaq. "Ferentsvaroş"un da səviyyəsini nəzərə almaq lazımdır. Düşünürəm ki, komandaların gücləri bərabərdir".
Emin Şəmsiyev