2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini həyata keçirib.
Fanat.Az Sumqayıt təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Braziliyanın aşağı liqa təmsilçiləri – “Rolandia”, “Atletiko Asisense” və “PSTC” klublarında çıxış etmiş hücumçu Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb.
23 yaşlı toqolu futbolçu yeni komandasında “70” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" bir neçə gün əvvəl Türkiyə Super Liqasında çıxış edən "Başakşehir"in qvineyalı hücumameylli yarımmüdafiəçisi Alya Tureni 1 illik icarəyə götürüb.