Bu gün Misli Premyer Liqasında I tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son qarşılaşması Tovuzda baş tutub.
“Turan Tovuz” “Qəbələ" ilə qarşılaşıb.
Avrokubokların iştirakçısı səfər qarşılaşmasına qələbə üçün çıxmışdısa, meydan sahibləri doğma azarkeşlər önündəki ilk rəsmi oyunda xal qazanmağı arzulayırdı.
Lakin yarım saatın tamamında azlıqda qalan tovuzluların işi çətinləşib və azarkeşləri xalla sevindirmək planı baş tutmayıb. "Qırmızı-qaralar" qalan dəqiqələrdə 2 cavabsız top vuraraq evə qələbə ilə dönüb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" "Kəpəz"i 2:1, "Qarabağ" "Səbail"i 3:1, "Neftçi" "Şamaxı"nı 1:0, "Sabah" "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.
Misli Premyer Liqası
I tur
8 avqust
“Turan Tovuz” – “Qəbələ” 0:2
Qollar: İsnik Alimi, 58-pen. Rafael Utziq, 63.
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 30.
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Quseynov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 5. Ben Aziz Dao
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”: 1. Səlahət Ağayev, Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 91. Ramon Maçado, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR hakimi: Nicat İsmayıllı
VAR hakiminin köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu.