12:31 10.08.2022 399

“Misli” ilə PFL arasında əməkdaşlıq rəsmiləşdi

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendinin futbol üzrə Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin imzalanma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, müqaviləni “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar.

Ölkədə idmanın kütləviləşməsi yönündə dəstək göstərən “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.

Peşəkar Futbol Liqası ilə “Misli” arasındakı əməkdaşlıq “Misli Premyer Liqası”nın daha da maraqlı keçirilməsi, idman mübarizəsinin daha yüksək səviyyəyə qaldırılması, oyunların keçirilməsində əməyi olan şəxslərin iş şəraitinin yaxşılaşdırılması, kadr ehtiyatlarının beynəlxalq təcrübə əsasında peşəkarlaşdırılması, zənginləşdirilməsi, beynəlxalq təşəkilatlarla əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, mövsümün gedişində, eləcə də sonunda müxtəlif  idman tədbirlərinin və mükafatlandırma mərasiminin yüksək səviyyədə təşkili, həmçinin həyata keçirilməsi planlaşdırılan layihələrin gerçəkləşdirilməsinə səbəb olacaq.

“Misli” ilə əməkdaşlığın önəmindən bəhs edən AFFA-nın prezidenti Rövnəq Abdullayev razılaşmanın futbolun inkişafına daha da təkan verəcəyini bildirib, Misli Premyer Liqasının futbolun populyarlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Mərasimdə çıxış edən “Demirören Holding” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirören “Misli”nin Azərbaycan Premyer Liqasının baş sponsoru olması ilə ölkə futbolunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, “Misli” hər zaman idmanın tərəqqisinə diqqət və qayğı göstərərək bu yolda dövlətin prioritet siyasətinə dəstək olmağa davam edəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

Facebookdan bizi izləməyi unutmayın.
X