Bu gün futbol üzrə Misli Premyer Liqasında II tura start verilib.
Fanat.Az xəbər verir ki, günün yeganə oyununda "Zirə" "Sabah"ı qəbul edib.
"Dalğa Arena"da keçiriləcək görüşdə qonaqlar meydan sahiblərini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu komandalar indiyədək ölkə çempionatında 15 dəfə üz-üzə gəlib. Bunların 4-də meydan sahibləri, 6-da qonaqlar qələbə qazanıb. 5 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində "Sabah"ın üstünlüyü var - 22:20.
Son 6 qarşılaşmada ən azı 2 qol qeydə alınıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda son 7 oyunda meydanı qolsuz tərk etməyib.
Xatırladaq ki, turun digər oyunları 13-14 avqustda keçiriləcək. Müvafiq olaraq, "Qarabağ" "Sumqayıt"ın, "Turan Tovuz" "Səbail"in, "Şamaxı" "Qəbələ"nin və "Neftçi" "Kəpəz"in qonağı olacaq.
Misli Premyer Liqası
II tur
12 avqust (cümə)
“Zirə” - “Sabah” 1:3
Qollar: Sertan Taşkın, 34 - Abdulaye Ba, 5, Coy Lens Mikels, 26, Namik Ələskərov, 48.
“Zirə”: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 47. Mohamed Hamdaui, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 38. Ramiz Muradov, 9. Loris Broqno
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaibulaev, 5. İdris İnqilablı, 8. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
VAR hakimi: Rauf Cabarov
VAR hakiminin köməkçisi: Kamal Umudlu
“Dalğa Arena”