Bu gün futbol üzrə Misli Premyer Liqasında II turun daha 2 oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edib. Görüşdə Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Günün digər qarşılaşmasında isə "ASCO Arena"da "Səbail" "Turan Tovuz"u qəbul edib. Bu komandaların Premyer Liqada ilk qarşılaşması Qərb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun açılış oyununda "Sabah" səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək "Qəbələ" - "Şamaxı" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
II tur
13 avqust (şənbə)
"Sumqayıt" - "Qarabağ" 0:2
Qollar: Musa Qurbanlı, 90+4, Filip Ozobiç, 90+6
“Sumqayıt”: 13. Aydın Bayramov, 7. Araz Abdullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture, 12. Todor Todoroski, 22. Damian Daniçiç
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 3. Vurğun Hüseynov, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 37. Alya Ture
Baş məşqçi: Aleksey Baqa
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 11. Kvabena Ovusu, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 8. Marko Yankoviç, 20. Kadi Borqes
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
“Kapital Bank Arena”, 18:20
20:30. "Səbail" - "Turan Tovuz" 0:1
Qol: Natan Oduva, 48
"Səbail": 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
“ASCO Arena”.