Misli Premyer Liqasının II turunda "Sumqayıt" öz meydanında "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Aleksey Baqa matçdan sonra keçirilən mətbuat konfransında yenilgiyi şərh edib:
"Ölkənin ən yaxşı komandası bu gün meydanda idi. Bizi dəstəkləyən kifayət qədər azarkeş var idi. "Qarabağ" kimi komandalara qarşı nəticə əldə etmək üçün imkanlardan yararlanmaq lazımdır. Alınmırsa, cəzalanacaqsan. Daha çox futbolçulara görə pis oldum. Meydanda öz güclərini qoydular. Texniki zonada biz də müəyyən hisslər keçiririk. Lakin daha çox oyunçulara görə məyusam".