Misli Premyer Liqasının II turunda "Turan Tovuz" səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, Qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib:
"9 ildən sonra çempionata qayıtmaq və qələbə qazanmaq böyük sevincdir.
Oyunçularım ilk dəqiqədən sonadək mübarizə apardılar. Fanatlarımız Tovuzda da, burada da möhtəşəm idilər.
Yeni komandayıq. Hər nəticə ola bilər. Qarşıdakı matçlara hazırlaşaçağıq. "Qarabağ"la növbəti oyunumuz təxirə salınıb. Onlara uğurlar arzulayırıq".