"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Çexiyanın "Viktoriya Plzen" komandası ilə Bakıda keçiriləcək görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcəklər.
Baş hakim FIFA referisi Slavko Vinçiç olacaq. Ona Tomaş Klançnik və Andrey Kovaçiç laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.
VAR hakimləri isə Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" – "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.