09:52 16.08.2022 504

"PFL-i brendə çevirmək istəyirik" - Elxan Səmədov  

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovun Fanat.Az-a müsahibəsi

- Misli Premyer Liqasının ilk 2 turunu dəyərləndirməyinizi xahiş edirik. İddialılar və ayrıca Premyer Liqaya bu il yüksələn komandalar necə təsir bağışlayır? 

- Bilirsiniz ki, Peşəkar Futbol Liqasının prezidenti postuna çempionatın başlanmasına bir neçə gün qalmış seçildim. Bununla belə bütün oyunları izləməyə çalışıram. İlk növbədə qeyd etmək istərdim ki, bu mövsümün birinci turundan etibarən Misli Premyer Liqasında VAR sistemi tətbiq olunmağa başladı və bu məni, o cümlədən  bütün futbolsevərləri çox sevindirdi. Çünki VAR-ın tətbiqi çempionatımızın daha şəffaf, ədalətli və maraqlı keçməsinə səbəb olacaq. 

2-ci turun “Qəbələ” – “Şamaxı” qarşılaşmasını canlı olaraq “Qəbələ” İK-nın prezidenti Fariz Nəcəfovla birgə izlədim. Oyundan əvvəl də klub rəhbərliyi ilə görüşüb müzakirə apardıq. Bu bölgəmizdə futbol üçün çox iş görülüb. Qəbələdəki gözəl infrastrukturu xüsusi vurğulamaq istəyirəm, futbolun inkişafı üçün bütün şərait var. Düşünürəm ki, bu şəraitin qorunması və daha da yaxşılaşması üçün hamımız əlimizdən gələni əsirgəməməliyik.
Zənnimcə, ilk turlardan sonra komandalara qiymət verməyə tələsməməliyik. Çünki onlar təlim-məşq toplanışından yeni gəliblər, hələ ki, öz oyunlarını tapmaqda müəyyən çətinliklər yaşaya bilərlər. Komandalar tam hazır olduqdan sonra daha gərgin və maraqlı Premyer Liqa izləyəcəyik.

Narahatedici məqam kimi Gəncə şəhər stadionu ilə bağlı yaranmış vəziyyəti qeyd etməliyəm. Həm “Kəpəz”, həm də “Turan Tovuz” futbol ənənələri olan bölgə klublarıdır, onların Premyer Liqaya gəlişi çempionatımıza daha da rəng qatacaq. Fikir verdinizsə, artıq ilk turlardan region komandaları azarkeşlərinin fəallığı və çoxluğu ilə seçilməkdədir. Futbol azarkeşlər üçün oynanılır, onlar futbolun bəzəyidirlər.
Tovuz və Şamaxı şəhər stadionlarında yaxşı infrastruktur qurulub, amma  işıqlandırma sisteminin olmamağı oyunların daha erkən saatlara salınmağına səbəb olur ki, bu da görüşlərin tempinə təsir göstərir, havalar isti olduğundan futbolçular tez yorulurlar. Bütün bunlara baxmayaraq, nikbinəm. Düşünürəm ki, klubların problemlərini tezliklə aradan qaldıracağına inanırıq. 

- Sizə elə gəlmir ki, hakimlərimizin VAR-la əlaqəli qərarları çox yubanır? 

- Qeyd etdiyim kimi, VAR sistemi bu ildən Misli Premyer Liqasında tətbiq olunur. Mənə elə gəlir ki, VAR sistemini sadəcə olaraq hansısa qərarın verilməsi zamanı yubanma ilə xarakterizə etməməliyik. Bu, futbolda yeni bir texnologiyadır və sevindirici haldır ki, ölkəmizdə tətbiq olunur. VAR sistemi oyunda ədalətin maksimum qorunmağına hesablanmış sistemdir. İlk turlarda VAR-la bağlı heç bir problemin yaşanmaması pozitiv məqamdır. Bu, onu göstərir ki, VAR sisteminin hazırlığı və ölkəyə gətirilənə kimi olan proseslər düzgün həyata keçirilib. 

VAR-ın rəsmi protokolunda da qeyd olunur ki, VAR-a baxılan zaman daha az vaxt gedir, nəinki top yan xətdən oyuna daxil edilərkən, hansısa futbolçu zədələnərkən və s. digər hallarda. Prioritetimiz VAR-a baxarkən oyunun 30-40 saniyə yubanması probleminin həlli yox, matçların daha ədalətli keçirilməsi, komandaların haqqının yeyilməməsidir. Rəsmi protokola əsasən hakim şübhəli olan və olmayan bütün qollarda VAR-ın yoxlanışını etməlidir və tam olaraq qaydalar çərçivəsində vurulmağına əmin olmaldıır.

Bir məqamı da vurğulayım – VAR təkcə qolun vurulduğu son anı yoxlamır, qolun əvvəlində olan bir neçə mərhələni yoxlayır. Bu baxımdan bir az yubanmalar ola bilər, ancaq bu beynəlxalq standartların tələbidir. VAR sisteminin ölkəmizdə yeni tətbiq olunması insanlarda yubanmaların çox olması fikrini yaradır. VAR sisteminin əsas məqsədi odur ki, vaxt uzansa belə ədalətli qərar qəbul olunsun və layiq olan qələbə qazansın. Şübhəsiz ki, bu sahədə davamlı olaraq tənzimləmələr və təkmilləşmələr davam edəcək. İstənilən halda bu sistem Premyer Liqamızın daha ədalətli və şəffaf keçirilməsinə töhfələr verir və verəcək.



- Mümkünsə, Misli ilə əməkdaşlığın detalları barədə məlumat verərdiniz. Sponsor gəlirləri necə bölünəcək? Bu gəlirlərdə mətbuatla bağlı layihələr varmı? Çünki Topaz və Unibankın vaxtında media üçün müxtəlif layihələr icra olunurdu. 

- Misli ilə əməkdaşlığın detalları ilə bağlı onu deyə bilərəm ki, müqavilə 1 il nəzərdə tutulub. Sponsor gəlirlərinin bölünməyi ilə bağlı hər hansı xüsusi bənd yoxdur, müqavilə PFL və “Misli” arasında bağlanıb. Təbii ki, əməkdaşlıq Peşəkar Futbol Liqası əməkdaşlarının peşəkarlığının daha da artmasında rol oynayacaq. Gəlirlərin hansı yöndə istifadə olunacağı ilə bağlı məqamlar müqavilə imzalanan günü yayımlanmış press-relizdə göstərilib. 
O ki qaldı jurnalistlərlə bağlı məsələyə, bəli, jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı layihələrin icrası müzakirə olunur. Hazırda tam dəqiq məlumat olmasa da, əməkdaşlarımızla bu barədə müzakirələrimiz davam edir. Detalları açıqlamaq hələ ki tezdir, ancaq yaxın gələcəkdə yeniliklər olan kimi sizi məlumatlandıracağıq.


- PFL-də struktur dəyişikliyi olacağını demişdiniz. Bilmək istərdik, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri kim olacaq?

- Əvvəlki müsahibələrimdə qeyd etdiyim kimi, Peşəkar Futbol Liqasında kadr və struktur dəyişiklikləri olmalıdır. Hazırda bu proses davam edir, əməkdaşlarımızla müzakirələr edirik. Konkret kimin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olacağı ilə bağlı dəqiq informasiya verə bilməyəcəm, çünki struktur dəyişiklikləri məsələsi də gündəmdədir. Müxtəlif variantlar barəsində düşünürük – kommunikasiya meneceri, marketinq və media şöbələrinin birləşdirilərək vahid departamentin yaradılması və s. Müzakirələr davam edir, hələ ki mətbuatla əlaqələrə kimin rəhbər olacağı konkret deyil. 

Əmin olun ki, əsas məqsədimiz Peşəkar Futbol Liqasında çalışan əməkdaşların hansı vəzifədə olmağından asılı olmayaraq, öz sahələrinin ən yaxşısı olmalarıdır. Kadr siyasətimizi düzgün aparmalıyıq. Öncə biz özümüzə inam yaratmalıyıq ki,  siz jurnalistlər  və futbol ictimaiyyəti də bizə inanasız.  


- Yeni vitse-prezident postu yaradıldı və Aslan Şahgəldiyevi təyin etdiniz. Onun səlahiyyətləri və vəzifə bölgüsü nədən ibarət olacaq?

- Bildiyiniz ki, Aslan Şahgəldiyev uzun illərdir futbol sahəsində çalışır. Biz onu yenə posta təyin etdik və ona fəaliyyətində uğurlar aruzlayırıq. Ancaq iş bölgüsü, vəzifə bölgüsündə bununla kifayətlənməyəcəyik. Bundan qabaq qeyd etdiyim kimi, kadr və struktur dəyişikliyi yenə də davam edəcək. PFL əməkdaşlarının vəzifə təlimatları müəyyənləşdiriləcək və hər kəs öz işinə cavabdehlik daşıyacaq. Çalışırıq ki, yaxşı kollektiv quraq, Peşəkar Futbol Liqasını öncə ölkəmizdə, daha sonra isə beynəlxalq arenada brend halına gətirək.

Mirağa Mirzəyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X