"Qarabağ" yarımmüdafiəçisi İsmayıl İbrahimlini icarəyə verəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçi mövsümü icarə əsasında "Zirə"də keçirəcək.
Dünən gözlənilmədən iki futbolçusunu transferə çıxaran "Zirə" İlkin Muradovla yolları ayırmağa qərar verdiyi üçün yarımmüdafiənin mərkəzində boşluq yaranıb ki, Rəşad Sadıqov buna görə "Qarabağ"dan tanıdığı İsmayıla görə yenidən Ağdam klubuna üz tutub.
Hazırda U-23 yığmasının heyətində Konyada keçirilən İslamadada iştirak edən İbrahimli Türkiyədən qayıtdıqdan sonra yeni komandasına qoşulacaq.
Qeyd edək ki, hazırda "Qarabağ"ın daha bir futbolçusu - Rüstəm Əhmədzadə də "Zirə"də icarə əsasında çıxış edir. Yeni icarə qaydalarına görə, iki klub arasında 3 futbolçunun icarə əsasında alış-verişinə icazə verilir.
Mirağa