Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “ASIA Motors” MMC “MG Motors Azerbaijan”la əməkdaşlığa başlayıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müqaviləni qurumun baş katibi Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov imzalayıb.
Müqaviləyə əsasən, şirkət 1 il ərzində AFFA və Azərbaycan milli komandalarının tərəfdaşı olacaq.