11:10 18.08.2022 4244

"Viktoriya" Bakıda cəhənnəmdən sağ çıxdı" - Yonaş Bartoş

Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələn "Qarabağ"la "Viktoriya"nın duelinə Çexiyada maraq xeyli böyükldür.  

Fanat.Az xəbər verir ki, Plzen təmsilçisi ilə Bakıya ezam olunan "İsport"un əməkdaşı Yonaş Bartoş oyundan reportaj hazırlayıb.

Çexiyalı həmkarımızın qeydlərini təqdim edirik:

"Çətin bir sınaq oldu, həqiqətən çətin. Bakının cəhənnəm ab-havasında “Viktoriya Plzen” “Qarabağ”la 0:0 bərabərə qaldı. Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu hər iki tərəfə adrenalin dolu dəqiqələr yaşatdı. Bu, hər iki aktyorun uğur üçün böyük istəyini nümayiş etdirdi. Ancaq suallar açıq qaldı, bir həftədən sonra Plzendə hər şeyə aydınlıq gələcək... 

Oyunun başlamasına bir saatdan çox vaxt qalmış stadion artıq insanlarla dolu idi, yüksək səsli musiqi cingildəyirdi. Təhlükəsizliyə nəzarət etmək üçün hər yerdə onlarla polis məmuru vardı. 

Hələ isinmə hərəkətləri zamanı “Viktoriya”nın futbolçuları rəqib düşərgə tərəfindən etiraz fit səsləri ilə qarşılandı. Meydan sahibləri isə əksinə, sevinc qışqırıqları və mobil telefonların sayrışan işıqları altında meydana daxil olublar. Atmosfer hətta oyun başlamazdan əvvəl boğucu idi. İsti, rütubətli hava vardı, termometr axşam saat 9-da təxminən 28 dərəcə göstərdi. 

Çempionlar Liqasının himni bitər-bitməz meydan cəhənnəmə döndü. İlk dəqiqədən həyəcan maksimuma çıxdı. "Viktoriya" hər topa sahib olanda çılğın fit çalınırdı. Səs-küylü tərəfdarlar bütün doxsan dəqiqə ərzində komandalarını irəli səslədilər. 

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu nəyi göstərdi? Hər iki tərəf qrupdakı elit klublara qoşulmağa qərarlıdır. “Qarabağ”ın öndə böyük gücü var: Vadji, Kadi və Zubir üçlüyü Avropanın top klubları üçün belə keyfiyətə cavab verir.

Plzenlilər möhkəm, yığcam blok sayəsində müqavimət göstərdi. Rəqibi qapıdan uzaq saxladı. Qapıçı Stanek möcüzəvi idi. Bakıdakı saunada oyunçular gücləri tükənənə kimi mübarizə apardılar. Məsələn, Pavel Buxa hətta fasilədən əvvəl enerji geli istədi. Moskera hələ ilk yarıda qırmızı vərəqə üçün "yalvarırdı". Yeri gəlmişkən, sloveniyalı referi Slavko Vinçiç oyunu soyuqqanlılıqla idarə etdi, qayda pozuntularının sayı norma daxilində qaldı və yerli azarkeşlərin hay-küyünə uymadı. 

Hər iki tərəfin qol imkanları oldu. Digər tərəfdən, Stanek ən azı üç real qol vəziyyətini əla seyvlə əngəllədi.

Cavab görüşü də çətin olacaq. Sarı vərəqəyə görə finala bərabər pley-off duelini buraxacaq kapitan Lukaş Heydanın yoxluğu problem yarada bilər. Qolsuz oyun favorit komanda barədə nəsə demədi. Hər iki tərəfin silahı var. Hər ikisi qrupa çox yaxın, həm də uzaqdır. İlk qarşılıqlı qarşıdurmadan sonra rəqibin oyun üslubunu, vacib oyunda uğur qazanmağın reseptini daha yaxşı bilirlər. Bir həftə sonra Pilsendə çox maraqlı olacaq..."

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X