AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Litvanın "Jalgiris" və Bolqarıstanın "Ludoqorets" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma avqustun 25-də Vilnüs şəhər stadionunda gerçəkləşəcək.