"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Qəbələ"yə 0:3 hesbaı ilə uduzduqları matçdan - Azərbaycan Premyer Liqasının III turu çərçivəsində baş tutan matçdan danışıb.
Fanat.Az xəbər verir ki, 62 yaşlı çalışdırıcı böyük hesablı yenilgini belə dəyərləndirib:
"Azarkeşlərin istefa şüarlarını normal qəbul edirəm. Amma bu, futbolçulara da təsir edir. Onlar da ən yaxşısını etmək istəyirlər. Lakin alınmır. Yeni formalaşan komandayıq. İlk 3 turda güclü rəqiblərlə üz-üzə gəldik. Bəzi futbolçular kollektivə tam uyğunlaşmayıb. Oyunçuların fərdi səhvlərindən qollar buraxdıq. Əlimizə düşən imkanlardan da yararlana bilmədik".